Gizlilik siyasəti

Sizin şəxsi məlumatlarınızın qorunması bizim öncəliklərimizdən biridir. Aşağıda gördüyünüz mətndə qeydiyyat zamanı sizdən tələb etdiyimiz məlumatların necə istifadə olunduğu öz əksini tapmışdır.

 

Sizdən aldığımız məlumatlar:  Ad, soyad, e-poçt ünvanı və IP ünvan

 

Sizdən aldığımız məlumatları hansı məqsədlə istifadə edirik?

* Şirkət tərəfindən həyata keçirilən kommersiya məqsədli fəaliyyətlərin planlaşdırılması və icrası

* Satışdan sonra dəstək xidməti fəaliyyətinin planlaşdırılması və icrası

* Korporativ Kommunikasiya fəaliyyətlərinin planlaşdırılması və icrası

* İnformasiya Təhlükəsizliyi Proseslərinin planlaşdırılması, auditi və icrası

* Hüquqi öhdəliklərin yerinə yetirilməsi

 

Sizdən aldığımız məlumatları necə qoruyuruq?

Sizə aid şəxsi məlumatları heç bir halda satmayacaq, dəyişdirməyəcək, 3-cü bir şəxsə və ya şirkətə verməyəcəyik.