Focus Optika

2015-ci ilin mart ayında başladığımız yolumuza 2016-cı ilin mart ayından etibarən Focus Optika MMC-nin nəzdində “Focus Optika” adı ilə davam edirik. Yarandığımız gündən etibarən Azərbaycanın optika sənayesinin inkişafında böyük rol oynayaraq atdığımız addımlarla bir çox yerli müəsisələrə örnək olduq. Yaponiyanın “Seiko” şirkəti ilə əməkdaşlıq edən, Bakı şəhərində 42, Gəncə şəhərində 1 mağazası ilə fəaliyyət göstərən Focus Optika hazırda Azərbaycanın ən böyük Optik Şəbəkəsidir. Dəyərlərimizi ön planda tutaraq Free-Form texnologiyası ilə hazırlanmış optik və son dəbə uyğun gün eynəklərini müştərilərə zəmanətlə təqdim edirik. Əsas məqsədimiz insanları göz sağlamlığı mövzusunda maarifləndirərək onları doğru istiqamətləndirmək, təcrübəli optik məsləhətçilər və oftalmoloqların nəzarətində müştəriləri onların ehtiyacına ən uyğun məhsullarla təmin etməkdir.

Missiya

Peşəkarların nəzarəti altında son texnologiya ilə hazırlanmış məhsulları müştərilərə keyfiyyətli xidmət və uyğun qiymətlərlə təqdim edərək, onların ehtiyac və tələblərini ən yaxşı şəkildə qarşılamaq.

Vizyon

Optik xidmət sahəsində etibarlı, dürüst, yüksək keyfiyyətli xidmət konsepsiyası yaratmaq və ən çox tərcih edilən optika şəbəkəsinə çevrilmək.

Dəyərlər

Müştəri məmnuniyyəti – peşəkar xidmət və keyfiyyətli optik məhsullarımızla müştərilərimizi məmnun edə bilirik.
Keyfiyyət – təqdim etdiyimiz məhsulların və xidmətin keyfiyyətindən əminik.
Cəmiyyətə dəyər qatmaq – həyata keçirdiyimiz maarifləndirici fəaliyyətlə şüurlu cəmiyyət formalaşdırmağı hədəfləyirik.