Eynək təmiri

Meydana gələn deformasiyalar nəticəsində eynəyiniz üzünüzə düzgün oturmaya bilər, ağırlıq burnunuza düşə bilər və eynəyin sapında balans pozula bilər. Bunlar dəridə həssaslığa, eləcə də baş ağrısı, göz yorğunluğu və bulanıqlığa səbəb ola bilər. Deformasiyalı eynək səbəbindən narahatlıq hiss edərsiniz və bu hiss özünüzü yaxşı hiss etməyinizə mane olar.

Eynəyinizi qoyduğunuz futlyar, sildiyiniz parça və saxladığınız mühitin istiliyi də eynəyinizə təsir edən amillərdəndir. Metal və plastik eynək sapları və çərçivələr temperaturun dəyişməsinə qarşı həssaslıq göstərə bilər. Beləcə, sapın içindəki vintlər boşalar, bükülmüş vəziyyətdə qapaqlar düzgün bağlanmayıb, eynəyiniz üzünüzə düzgün oturmaması ilə nəticələnə bilər.

Qarşılaşdığınız bu kimi hallarda Focus Optika olaraq yanınızdayıq. İstər müştərilərimiz, istərsə də digər vətəndaşlar eynəklərində yaranmış, təmir edilməsi mümkün olan deformasiyaları Focus Optika-da ödənişsiz təmir etdirə bilərlər.