Səbət boşdur.

Vakansiya

Optik Məsləhətçi

Optik Məsləhətçi

Vəzifə öhdəlikləri:
• Müştərinin qarşılanması, sifariş qaydaları haqqında məlumatlandırmaq
• Çərçivələrin seçimində müştəriyə köməklik göstərmək
• Müştəri sorğularını cavablandırmaq
• Digər məhsullar haqqında müştəriyə məlumat vermək
• Ehtiyac yaranarsa müştərini Optik ustaya yönləndirmək
• Satışı həyata keçirmək
• Sifariş qeydlərini tutmaq
• Ona təyin edilmiş hədəflərə çatmaq
• Ofisdən gələn malları vitrinə yerləşdirmək
• Vitrinlərin səliqəli və təmiz olması üçün mütəmadi gözdən keçirmək
• Sifarişlər barəsində ustanı məlumatlandırmaq
• Rəhbərlik və ya məsul şəxsin verdiyi digər tapşırıqları icra etmək.
 
Vəzifə tələbləri:
• Təhsil - Orta təhsil (Ali təhsil üstünlükdür)
• Yaş həddi: 25-40
• Pərakəndə satış sahəsində təcrübəsi olması üstünlükdür
• Dil bilikləri - Azərbaycan dili əla səviyyədə, Rus dili - yaxşı səviyyədə
• Satış prinsipləri və texnikaları üzrə biliklər
• Effektiv ünsiyyət, intizamlılıq, dürüstlük, təqdimetmə bacarığı
 
İş şəraiti:
• Əmək haqqı: Müsahibə əsasında
• İş qrafiki: 10:00-19:00
• AR Əmək məcəlləsinə uyğun sənədləşmə
Qeyd: İlkin müsahibədən seçilən namizədlər peşəkar təlimlərdən sonra işlə təmin olunacaqlar.
Müraciət etmək istəyən namizədlərdən aşağıdakı formu doldurmaları xahiş olunur.
Əlaqə: 077 255 57 37