Səbət boşdur.

Linza

Linzalar həm optik, həm kosmetik (rəngli), həm də eyni anda optik və kosmetik olur. Görmə zəifliyi olanlar üçün kontakt linzalar əla alternativ seçimdir. Astiqmatizmi olan şəxslər üçün göz ölçülərinə uyğun xüsusi sifarişlə linzalar təmin etmək mümkündür. focus optika-da Johnson&Johnson, Freshlook, Air Optix, Soflens, Biomedic və s. kimi linza brendlərinin məhsulları var.

Adria Effe

Adria Effect color

Adria 3T

Adria 3T

SofLens 59

SofLens 59

Adria Morn

Adria Morning-Q 1 Day

FreshLook

Eurocon prosthetic lens

Air Optix HydraGlyde №6

Air Optix HydraGlyde

Acuvue Oasys №6

Acuvue Oasys

Adria 1T

Adria 1T

Dailies AquaComfort Plus №30

Dailies AquaComfort Plus

Acuvue Moist №30

Acuvue Moist

Adria Eleg

Adria Elegant color

Acuvue Oasys №6

RainBow

Sağ tərəfdə linzalar haqqında ən çox verilən sualları və onların cavablarını bir araya topladıq. Əgər əlavə sualınız yaranarsa hər zaman bizə *7117 çağrı mərkəzi və ya sosial şəbəkələrimiz vasitəsilə ünvanlaya bilərsiniz.

Linzalar istifadə müddətinə görə neçə cür olur?

İstifadə müddətinə görə linzalar günlük, həftəlik və aylıq olur. 

Günlük linzalar - istifadə performansları yüksək olur.  İstifadə etmək olduqca rahatdır. Çirkli əllərlə təmas olmadığı müddətdə təmizliyə ehtiyac duyulmur. Uzunmüddətli və natəmiz istifadə etmək gözlərinizə ziyan verə bilər. 

Həftəlik və aylıq linzalar - uzunmüddətli istifadə üçün olduqca yararlı hesab olunurlar. Aylıq və həftəlik istifadə etdiyiniz üçün optik xərclərinizi də azaltmış olursunuz. Mütəmadi qulluq göstərmədiyiniz təqdirdə gözlərinizə ziyan verə bilərsiniz.

Linza məhlulunu hansı müddət aralığında dəyişmək lazımdır?

Gözlərinizə ziyan verməmək üçün hər istifadədən sonra linza məhlulunu mütləq dəyişin. İstifadə etmədiyiniz hallarda isə 2 gün ərzində dəyişməyiniz tövsiyə olunur ✅

Linzanı istifadə müddətindən artıq taxmağın nə kimi fəsadları ola bilər?

Linzalar müəyyən müddət üçün nəzərdə tutulur. Gündəlik, həftəlik, aylıq, 3 aylıq və s. Linzanın istehsal müddətindən artıq istifadəsi quruluq və infeksiya, hətta korluqla nəticələnə bilən və gec sağalan fəsadlar yarada bilər.