Uzun müddət kompüter ekranına baxmaqdan qaynaqlanan göz yorğunluğu eyni zamanda ‘Kompüter sindromu’ olaraq da bilinir. Qeyri-səlis görmə, gözdə qızartının olması, göz səyirməsi, gözdə yanma hissi, göz quruluğu, sulanma halları, fokuslanma problemi və s. göz yorğunluğunun əlamətləridir.
Bulanıq görmə yorğunluqdan qaynaqlana bilir. Bundan əlavə sulanma və poliopiya adı verilən görmə probleminin səbəbi də göz yorğunluğudur.
Göz quruluğu nəticəsində gözlərin qızarması göz yorğunluğunun əlamətlərindən biridir. Həmçinin göz səyirməsi də göz yorğunluğundan qaynaqlanan problemlərdən biridir. Göz səyirməsi adətən üst göz qapağında müşahidə edilir.
Gözdə yaranan yanma və batma hissi də göz qızartısı və quruluğu səbəbilə meydana çıxır.
Ekoloji faktorlar nəticəsində çirklənən göz səthi göz yaşı ilə təmizlənir, lakin göz yorğunluğu səbəbilə inkişaf edən sulanma və axıntının öhdəsindən gələ bilmir, nəticədə göz quruluğu problemi ortaya çıxır.
Gözdə meydana gələn qıcıqlanma və digər problemlər nəticəsində ortaya çıxan axıntı və sulanma gözün verdiyi reaksiyadır. Göz yorğunluğu səbəbilə yaranan bulanıqlıq, qızartı, sulanma kimi əlamətlər fokuslanma problemi yaradır.