Səbət boşdur.

Astiqmatizm nədir?

Astiqmatizm nədir?

Gözün ön qatı olan buynuz qişanın deformasiyası və işığın qeyri düzgün sındırılmasının nəticəsi olaraq, torlu qişada görüntünün  aydın olmamasına gətirib çıxaran görmə qüsurudur. Bu görmə qüsurlarına və ya bulanıq görməyə gətirib çıxarır.

Astiqmatizmin Səbəbləri Hansılardır?

Astiqmatizm genetik mənşəli və ya anadangəlmə səbəblərdən ola bilər. Anadangəlmə olmaqla  yanaşı buynuz qişanın dəyişikliyinə səbəb ola biləcək xəstəliklər, infeksiyalar və zədələr nəticəsində də əmələ gələ bilər. Astiqmatizmli insanlar baxdıqları nöqtədə şəkilləri dağılmış, kənarları uzanmış olaraq görə bilirlər. Astiqmatizmin meydana gəlməsinin daha bir  səbəbi göz zərbəsi və ya göz əməliyyatı ola bilər.

Astiqmatizmin Növləri Hansılardır?

Astiqmatizm miopiya kimi  zamanla əhəmiyyətli dərəcədə artma və ya azalma göstərmir. Adətən eyni şəkildə qalır. Astiqmatizm özü iki qrupa bölünür.

‌Miopiya  astigmatizm (astigmatizm və uzağı aydın görə bilməmək problemi) və Hipermetropiya  astigmatizm (astigmatizm və yaxını  aydın görə bilməmək problemi)

Sadə astiqmatizmdə təsvir iki xətlə bir-birinə perpendikulyar olan iki müxtəlif müstəvidə formalaşır, mürəkkəb astiqmatizmdə isə iki perpendikulyar meridianların yerinə bir çox fokus xətləri mövcuddur. Beləliklə, mürəkkəb astiqmatizmdə görmə itiliyi çox azalır. Eynəklə bunu  düzəltmək mümkün deyil.

Astiqmatizm Əlamətləri Hansılardır?

Astiqmatizmin əlamətləri hər kəsdə fərqlənsə də, astiqmatizmi olan insanların adətən uzaq və ya yaxın görmələri bulanıq və ya kölgəli ola bilər. Astiqmatizmi olan bəzi insanlarda əlamətlər olmaya bilər. Görmələri heçbir vaxt aydın olmur.

Astiqmatizmi olan insanlarda tez-tez rast gəlinən əlamətlər;

  • Bulanıq görmə
  • Görmə pozulmaları