Ölkənin ən böyük optik mağazalar şəbəkəsi olan Focus Optikanın faaliyyətə başlaması 2017-ci ilin iyun ayına təsadüf edir. Hal-hazırda Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Şəmkir və Qəbələ şəhərlərində fəaliyyət göstərən Focus Optika Azərbaycanın ən böyük Optik Şəbəkəsidir. Dəyərlərimizi ön planda tutaraq dünyanın ən qabaqcıl texnologiyası olan "Free-Form" texnologiyası ilə hazırlanmış optik şüşələri və son dəbə uyğun çərçivə və gün eynəklərini müştərilərə zəmanətlə təqdim edirik. Əsas məqsədimiz insanları göz sağlamlığı mövzusunda maarifləndirərək onları doğru istiqamətləndirmək, təcrübəli optik məsləhətçilər və oftalmoloqların nəzarətində müştəriləri onların ehtiyacına ən uyğun məhsullarla təmin etməkdir.
MİSSİYA
Peşəkarların nəzarəti altında son texnologiya ilə hazırlanmış məhsulları müştərilərə uyğun qiymətlərlə təqdim edərək, onların ehtiyac və tələblərini ən yaxşı şəkildə qarşılamaq.
VİZYON
Optik xidmət sahəsində etibarlı, dürüst və yüksək keyfiyyətli xidmət konsepsiyası yaradaraq ən çox tərcih edilən optika şəbəkəsinə çevrilmək.
DƏYƏRLƏR
- Müştəri məmnuniyyəti; peşəkar xidmət və gülərüz kollektivimizlə müştərilərimizi məmnun edə bilirik.
- Keyfiyyət; təqdim etdiyimiz məhsulların və xidmətin keyfiyyətindən əminik.
- Cəmiyyətə dəyər qatmaq; həyata keçirdiyimiz maarifləndirici fəaliyyətlərlə şüurlu cəmiyyət fomralaşdırmağı hədəfləyirik.