Göz müayinəsi

Filiallarımızda pasiyentlərin Oftalmoloqlar tərəfindən dioptriya müayinəsi aparılır. İlk öncə pasiyentin anamnezi götürülür, daha sonra elektrorefraktometr vasitəsilə pasiyentin gözünün ölçüləri müəyyən edilir. Son olaraq linzalar vasitəsilə korreksiyalar edilərək pasiyentə eynək təyin edilir. Beləliklə, müayinənin nəticəsinə əsasən pasiyentə göz ölçülərinə ən uyğun şüşələr tövsiyyə edilir.

Qeyd edək ki, optik şüşələri bizdən alan/sifariş edən hər kəsə filiallarımızda göz müayinəsi ödənişsizdir. Əks halda, müayinə haqqı 10₼ təşkil edəcək.