Haqqımızda

2015-ci ildə qurulan Focus Optika 45 filial ilə hazırda Azərbaycanın ən böyük optik şəbəkəsidir. Focus Optika - optik məhsulların pərakəndə və topdan satışı ilə məşğuldur.

Optika sahəsində etibarlı, dürüst, yüksək keyfiyyətli xidmət konsepsiyası yaratmaq və ən çox tərcih edilən optika şəbəkəsinə çevrilməkdir.

Hədəfimiz - müştərilərə keyfiyyətli məhsulları münasib qiymətlərlə təqdim etmək, onların ehtiyac və istəklirini ən yaxşı şəkildə qarşılamaqdır.

Optik məsləhətçilərimizə mütəmadi olaraq təlimlər verilir. Bu təlimlər peşəkar optik mütəxəssislər və göz həkimləri tərəfindən həftəlik olaraq keçirilir. Eləcə də komanda üzvlərimizi Türkiyə və Almaniyaya göndəririk. Əsas məqsədimiz - müştərilərimizi doğru istiqamətləndirib, onlara keyfiyyətli xidməti təqdim etməkdir.

İstənilən müştərimiz seçilmiş filiallarımızda ödənişsiz olaraq göz müayinəsindən keçə bilər. Eləcə də ölkəmizin bütün vətəndaşlarına pulsuz optik usta xidməti göstəririk.